Home / İdman / Turan Tovuz İdman Klubu
Turan_Tovuz_İK_gerb

Turan Tovuz İdman Klubu

 

Flag of Azerbaijan.svg Turan Tovuz İK
Turan Tovuz İK gerb.jpg
Ölkə Flag of Azerbaijan.svg Azərbaycan
Ləqəb(lər) Boz Qurd
Rəng(lər) Göy-qırmızı
Yaranma tarixi 1946
Stadionu Tovuz şəhər stadionu
Tutumu 6334
Prezidenti Yaşar İbrahimov
Baş məşqçisi Rasim Əliyev
Liqa Azərbaycan Birinci Divizionu
2013/2014 6

1992-ci il fevral ayının 23-də təsis olunub. Azərbaycanda ilk peşəkar futbol klubu kimi Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.Çempionatda bir dəfə birinci, bir dəfə ikinci, iki dəfə üçüncü, iki dəfə isə dördüncü pilləyə sahib olub. İlk dəfə ölkəmizi avrokuboklarda təmsil edən komandadır. 1994-cü ildə tovuzlular “Fənərbaxça”ya hər iki oyunda məğlub (0:5,0:2) olublar. 2005-ci ildə komanda Patalya turnirində MalatyasporDənizlisporSamsunsporuməğlub edərək finala vəsiqə qazansa da, finalda Diyarbəkirspora uduzaraq ikinci mükafata sahib olub. Çempion olan mövsüm isə komanda Birlik Kubokundaiştirakdan imtina edib.

Adı

10 oktyabr 2014-cü il tarixinə qədər Turan-T adlanan klub bu tarixdən etibarən adını dəyişib. Klub bu tarixdən sonra “Turan-Tovuz” adını daşıyacağını açıqlayıb və bununla bağlı müvafiq sənədləri Peşəkar Futbol Liqasınatəqdim edib. Müvafiq sənədlər təqdim edildikdən sonra PFL klubun adının dəyişdirildiyini elan etmişdir.

Uğurları

Ölkədaxili turnirlərdə

UEFA turnirlərində

UEFA.png

“Turan” UEFAbayrağı altında keçirilən və Azərbaycanklublarının qatıldığı 5 qitə turnirinin 1-də, ümumilikdə 1 dəfə iştirak edib.

UEFA turnirlərindəki statistika

Mənbə: uefa.com
Son yenilənmə: 30 avqust 2010

Turnir İştirak Oyun Q H M T/F T/B
UEFA Kuboku 1 2 0 0 2 0 – 7 -7
Cəmi 1 2 0 0 2 0 – 7 -7

UEFA turnirlərindəki oyunlar

Mövsüm Turnir Mərhələ Rəqib I oyun II oyun Nəticə
1994/1995 UEFA Kuboku I t/m. Flag of Turkey.svgFənərbaxça (s) 0:5 (e) 0:2 0-7

UEFA turnirlərində Turan ın Azərbaycan siftələri

Azərbaycanı Avropa kuboklarında ilk dəfə “Turan” təmsil etmişdir.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının reytinq cədvəlində

2010-cu il noyabrın 26-da açıqlanan klublarının XXI əsr üçün reytinqində ilk onilliyi 158 xal ilə Azərbaycan klubları arasında 7-ci, dünyada isə 611-ci pillədə başa vurmuşdur

Klubun məşhurları

  • Komandanın formasını geymiş məşhur futbolçular: Nizami Sadıqov, Sakit Aliyev, Nadir Nəbiyev, Ruslan Abbasov, Rəşad Sadıqov, Eltay Aslanov, Sergey Skaçenko, Asen Nikolov, Musa və Qurban Qurbanovlar, Hüseyn Məhəmmədov, Kənan Kərimov, İlham Məmmədov, Romal Hüseynov, Tərlan Əhmədov, Vidadi Rzayev, Aftandil Hacıyev, Hüsynqulu Quliyev, Məqsəd Yaqubəliyev, Rüfət Quliyev,
  • Komandada ən çox oyun keçirən futbolçular: Nizami Sadıqov, Sakit Alıyev.
  • “Turan”ın futbolçusu Musa Qurbanov ikinci çempionatda 36 qol vuraraq bombardir olub. Komandanın qapıçısı Nizami Sadıqov BFSF(İFFHS)-nin reytinqində 1106 dəqiqəlik quru seriyayla dünyada 19-cu nəticəni göstərib, qol vurmaqda isə qapıçı dünyada ilk 10-luqda yer alıb (19 qol)

Himni

Musiqisi: Faiq Sücəddinov
Sözləri: İsmayıl Dadaşov

Artır şanı-şöhrəti milli futbolumuzun,
Heç vaxt unutma, “Turan”, sən fəxrisən Tovuzun.
Dağlardan vüqar al sən,
Zirvələrə ucal sən,
Ey doğma komandamız,
Adına layiq ol, sən.
Nəqarət:
Hər zaman yaşa, “Turan”,
Hər biriniz qəhrəman,
Sizinlə qürur duysun
Yurdumuz Azərbaycan!

Yüksəkliklər gözləyir, həmişə gedin öndə,
Qələbə sizin olsun rəqiblərin önündə.
Dağlardan vüqar al sən,
Zirvələrə ucal sən,
Ey doğma komandamız,
Adına layiq ol, sən.

Gerblər

About ato.az

Check Also

gimnast

Azərbaycan gimnastı Avropa çempionu oldu

Share this on WhatsApp Milli Gimnastika Arenasında keçirilən batut, ikili mini-batut və tamblinq üzrə 26-cı …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *