Home / Kültürümüz / Axırıncı aşırım filimi
300px-Axırıncı_aşırım_(film,_1971)(kollaj)

Axırıncı aşırım filimi

Rejissor: Kamil Rüstəmbəyov
Əsərin müəllifi: Fərman Kərimzadə
Ssenari müəllifi: Fərman Kərimzadə
Operator: Rasim İsmayılov
Rəssam: Nadir Zeynalov
Bəstəkar: Arif Məlikov
Rollarda: Həsən Məmmədov
Adil İsgəndərov
Məlik Dadaşov
Hamlet Xanızadə
Həsənağa Turabov
Şəmsi Bədəlbəyli
Tamilla Rüstəmova
Şahmar Ələkbərov
Əbdül Mahmudov
Sadıq Hüseynov
Janr: dram
döyüş
macəra
İlk baxış tarixi: 18 iyul 1971
Dil: azərbaycanca
Ölkə: Flag of the Azerbaijan Soviet Socialist Republic.svg Azərbaycan SSR
İstehsalçı qurum: “Azərbaycanfilm” kinostudiyası
Filmin növü: tammetrajlı bədii film
Rəng: ağ-qara
Vaxt: 73 dəq.
İl: 1971
Texniki məlumatlar: 9 hissə
2422 metr
genişekranlı

Axırıncı aşırım filmi rejissor Kamil Rüstəmbəyov[ tərəfindən 1971-ci ildə ekranlaşdırılmışdır. Film “Azərbaycanfilm” kinostudiyasındaistehsal edilmişdir. Kinoromanda hadisələr Azərbaycanın dağ kəndlərinin birində sovet hakimiyyəti qurulduğu ilk illərdə baş verir. Filmdə əsas rolları Həsən MəmmədovAdil İsgəndərovMəlik Dadaşov,Hamlet XanızadəHəsənağa TurabovŞəmsi BədəlbəyliTamilla RüstəmovaŞahmar ƏləkbərovƏbdül Mahmudov və Sadıq Hüseynov ifa edirlər. 1972-ci ildə Tbilisidə V Ümumittifaq kinofestivalında aktyor Adil İsgəndərova “ən yaxşı kişi obrazı”na görə II mükafat, aktyor Həsən Məmmədova “ən yaxşı kişi rolu”na görə mükafat verilmişdir.

Məzmun

Kino əsərindəki dramatik hadisələr Azərbaycanın dağ kəndlərinin birində sovet hakimiyyəti qurulduğu ilk illərdə baş verir.

Kənddə Raykom katibinin (Şəmsi Bədəlbəyli) apardığı yığın­caq­da kolxoz quruluşunun yaxşı-yaman cəhətlərinin müzakirəsi fərqli personajların baxış bucağının müxtəlifliyi, müddəaların tutar­lılı­ğı, mətnin dolğunluğu ilə həyata keçirməklə informasiya ger­çəkliyini artırır. Əlindən alınan taxılın şəhərdəki aclara gön­dərilməsinə etiraz edən Kərbəlayı İsmayılın (Adil İsgəndərov) yeni kolxozun sədri İmanla (Şahmar Ələkbərov) qarşıdurması vizual hadisələrin bolluğu ilə yadda qalır. Qəmlonun gecə evinin pəncərəsindən güllə ilə nişan aldığı İmanın arvadı Növrəstənin (Tamilla Rüstəmova) gözəlliyinə vurulması və sağ qalan sədrin səhər yenidən Kərbəlayı İsmayılın həyətindəki taxılın ardınca gəlməsi tutarlı maneə kimi yadda qalır. Folklor elementləri ilə zəngin kənd toyundakı qanlı döyüş səhnəsində Qəmlonunxatırlayaraq axtardığı İmanın arvadının qaçaraq aradan çıxması karnaval estetikası yaradır.

Adamları ilə Qarabağlara çəkilən Kərbəlayı İsmayıla qarşı silahlı dəstənin deyil, Abbasqulu bəy Şadlinskininbaşçılığı ilə Xəlil (Həsənağa Turabov) və Talıbovla (Hamlet Xanızadə) birgə üç nəfərlik silahsız heyətin danışığa göndərilməsi hadisələri psixoloji müstəviyə gətirir.

Abbasqulu bəygilin gəlişinə sərt reaksiya verən Qəmlonun müqabilində milli mentaliteti önə çəkən Kərbəlayi İsmayılın qonaqların üzünə çıxmadığını təmkinlə izahı əksliklərin ziddiyyətini yaratmaqla epizodu dolğunlaşdırır.

Abbasqulu bəyin gəlişindən sonra Kərbəlayi İsmayılı gözləyən məclisə çökən sakitlik psixoloji gərginliyi artırmaqla fabulanı zinətləndirir. Axır ki, Kərbəlayı İsmayılın əvəzinə üzə çıxan oğlu Vəlinin (Elxan Qasımov) gəlişindən sonra Abbasqulu bəyin əlini süfrəyə uzatması ilə başlanan söhbətdə kolxoz quruluşu haqqında müzakirəsi yeni mətn çalarları ilə davam etməsi təkrarçılıq yaratsa da, gözönü hadisəni uzada bilir. Qonaqlar getdikdən sonra guya Nikolayın top gülləsi ilə Kərbəla ziyarətgahından düşən üç kərpicin kafir toxunuşu səbəbindən yenidən yerinə hörülə bilməməsinə Fazil Salayevinoynadığı avam Rəşidin: «Qurban olum belə hökumətə ki, Kərbəlanın heyfini Nikolay köpək oğlundan yaman ala bildi» deməsi ilə yaranan gülüşü Kərbəlayı İsmayılın susdurması yaranan komizmi həmən durdurmaqla janr təyinatını qoruyur.

Həbs olunan İmandan azad olunmaq müqabilində kolxozun möhürünü, ştampını gətirib təhvil verməsini istəyən Kərbəlayının: «Şura hökumətinin topu var, topxanası var» cavabından hid­dət­lən­məsi Qəmlonun bir şapalaqla yerə sərdiyi sədrin köməksizliyi göz­önü ziddiyyəti artırır. Bolşeviklərə müqavimət göstərməkdən imtina edən ikinci dustağın – Bəylərin (Əbdül Mahmudov) də, döyül­mə­sin­dən sonra Kərbəlayının: «Sabah mən kənddən çıxandan sonra ikisini də o söz» deyib əlini boğazına çəkməklə tutulanların ölümünə qərar verməsi xeyir-şər qarşıdurmasında kimin kim olduğunu təsdiqləyir.

Yolüstü qo­naq olduğu Səməddən (Sadıq Hüseynov) Qəmlonun törətdiyi cinayətlərin təfərrüat­larını öyrənərək Kərbəlayını görmədən geri qayıtmayacağını bildirən Abbasqulu bəy əhalini qırğından yayındırmaq məqsədini bəyan edir. Gecə yarı Səmədin evində İmanın arvadını axtaran Qəmlonun gözlənilmədən rast gəldiyi Abbasqulu bəyin: «Gücünü arvadlara göstərirsən. Səni kişi bilirdim. Kişilərin heyfini arvadlardan çıxmazlar. Bu biqeyrətlikdir, binamusluqdur» tənələrindən sonra psixoloji qarşıdurmaya davam gətirməyib geriyə dönməsi şərin ifşasının təcəssümünə çevrilir. Səmədin evindən İmanın arvadını da özləri ilə götürüb qonşu kənddə Xəlilin qaynı Şirəligildə (Mirzəbala Məlikov) gizlətməyi qərarlaşdıran üçlüyün kənd sovetinin möhürü ilə İmanın partiya biletinin etibarlı yerdə gizlədilməsini tapşırması siyasi motivi qabardır. Qəbiristanlıqda Kərbəlayinin vəhşi düşmənçiliyinin qurbanı olan oğlu Yədullanın türbəsini ziyarət edərkən mərhumun meyitinin alınmasında Abbasqulu bəyin yardımının üzə çıxması, burada Qəmlodan gizlənən Xudayarın qardaşının (Tariyel Qasımov) Kərbəlayının Kolannıda, karvansarada olduğunu bildirməsi nümayəndə heyətini məqsədə yönəldir.

Qonaqların qarşısına çıxan Qəmlonun: «Kimi istəyirsiz» sualına: «Evin kişisini soruşarlar!» cavabını verən Abbasqulu ağaya Kərbəlayının adından: «O sizi görmək istəmir» deyilsə də, nəhayət ki, iki bəyin dialoqunda zadəganlıq elementləri önə keçir. Kərbəlayi ilə Abbasqulu bəyin söhbətini pusan Qəmlonun cavanlara çəmkirməsi, həyətdə at belində gözləyən Xəlillə, Talıbovu güllələmək istəməsi, darvazaları bağlatdırması gərginliyi artırır. Nahaq qan tökülməsini istəməyən Abbasqulu bəyin bərabərçiliyə çağırdığı Kərbəlayinin əlini qaldıraraq: «Beş barmağın beşi də bir ola bilməz!» deməsi dialektikaya söykənir. Abbasqulu bəyin: «Topxanan yox, cəbbəxanan yox!» xitabına təmkinlə: «Namusumuz, qeyrətimiz var!» cavabını verən Kərbəlayi milli mentalitetinə söykəndiyi xalqın mənəvi gücünü önə çəkir. Qadınların dul, uşaqların yetim qalacağına diqqət çəkən Abbasqulu bəy isə dövrün reallığının daşıyıcısına çevrilir. Üç gündən sonra qayıdacağını söyləyib gedən Abbasqulu bəyin arxasınca eyvana çıxıb, özünə əziyyət verib geriyə qayıtmamağı məsləhət görən Kərbəlayi qarşıdurmanı qızışdırır. Atlanaraq başçının dəstəsi ilə Abbasqulu bəygilin ardınca çapan Qəmlonun dəstəsi ilə qayalıqda baş verən atışma nəticəsində həlak olan Xəlilin doğulacaq uşağın adını qoymağı Abbasqulu bəydən xahiş etməsi gələcəyə inamı səciyyələndirir. Talıbovun ölümündən sonra yaralanıb can verən Abbasqulu bəyi güllələyən Qəmlonun, mərkəzin diktəsi ilə Kərbəlayının deyil, Xudayarın qardaşı tərəfindən məhv edilməsi finala tam uyuşmasa da, az qurban hesabına əhalinin qırğından xilası sosializmin bərqərar olması ilə bağlı təbliği ideyanı təsdiqləyir. Abbasqulu bəyi rəiyyətdən alıb layiqincə dəfn etmək istəyən Kərbəlayinin meydanda tək qalması milli ideyanın iflasını göstərir.

ATO tarix Odası

About ato.az

Check Also

kurqan

Bayraq dirəyi üçün qazdılar, qədim kurqan tapıldı – Video

Share this on WhatsApp Cəlilabadda orta əsrlərə aid olduğu güman edilən kurqan aşkar olunub. İnsan …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *