Home / Türk Dünyası / Çin uyğur türklərinin nəslini tükədir – DƏHŞƏTLİ İŞGƏNCƏLƏR – FOTO
14356442685592316c17a5b

Çin uyğur türklərinin nəslini tükədir – DƏHŞƏTLİ İŞGƏNCƏLƏR – FOTO

Çin 10 milyon uşağı ana bətnində qətlə yetirib

Dünyada ən böyük vəhşilik Şərqi Türküstan dövlətində yaşanır. Ato.az sia-ya istinadla bildirir ki, Şərqi Türküstan vətəndaşları öz inanclarını yaşada bilmir. Hətta yaşamaq hüququndan da məhrum olurlar. Belə ki, Çin Xalq Respublikası Şərqi Türküstana qarşı etnik soyqırımı törətməkdədir. Qoca, qadın, uşaq, körpə demədən soyqırımı gizli həyata keçirir. Onların cinayətlərini sosial şəbəkələrdə yayan türk vətəndaşları edam edilir.

Türklərin uşaq dünyaya gətirməsi qadağandır. Hamilə olan türk qadınlarının körpələri abort edilir. Doğulmuş olanlar isə Çin dövləti tərəfindən zorla alınıb assimilyasiya edilir. Şərqi Türkistan xalqına ağlagəlməz zülm və işgəncələri rəva görən Çin tətbiq etdiyi əhali planlaması proyekti ilə 10 milyon uşağı ana bətnində qətlə yetirib. Ana qarnındakı 7-8 aylıq uşaqları belə gözünü qırpmadan abort edərək öldürür. Çində türk dilində danışmaq qadağandır. Çinlilər Türk məhəllələrində türk qızlarına təcavüz edir. Baş verənlərə Çin polisi müdaxilə etmir, etdiyində isə yalnız türk gəncləri həbs edilir. Şərqi türkistanlı gənc qızlar, məşğulluq bəhanəsi ilə zəruri köçə tabe tutularaq, ailələrindən sanki sökülüb alınır. Son olaraq Çinin daxili bölgələrinə aparılan 500 min gənc qız, kölələrə belə rəva görülməyəcək mühitlərdə, zorla əxlaqsız yerlərdə insanların zövq və səfalarına təqdim edilir. Qarşı çıxanlar, eynilə fotoşəkildə görüldüyü kimi ən ağır Çin işgəncələrinə məruz buraxılarkən, bir çoxu bu işgəncələrdə həyatını itirirlər. Şərqi türküstanlıların ailə ənənələrini söndürmək, nəslinin artmasını və iffətli anaların azalmasını hədəfləyən Çin, bütün dünyaya hakim qılmağa çalışdığı iqtisadi gücünün altında yatan ucuz iş gücünü də bu yolla təmin etmiş olur. Çin, rəsmi sayı 35 milyonu keçən bir milləti tarix səhnəsindən və coğrafiyadan silməyə çalışır. Çinli uşaqlar da daxil olmaqla, bütün Türklər çin işgəncəsinə məruz qalır. Qorxularından evlərindən çıxa bilməyən türklərin isə evdən çıxarılması üçün elektrik və suyu kəsilir. Qapıdan çıxan türk Çin vətəndaşları tərəfindən ölümünə döyülür və bəlkə də ölür.
Çin uyğur türklərinin nəslini tükədir - DƏHŞƏTLİ İŞGƏNCƏLƏR - FOTOÇin uyğur türklərinin nəslini tükədir - DƏHŞƏTLİ İŞGƏNCƏLƏR - FOTOÇin uyğur türklərinin nəslini tükədir - DƏHŞƏTLİ İŞGƏNCƏLƏR - FOTOÇin uyğur türklərinin nəslini tükədir - DƏHŞƏTLİ İŞGƏNCƏLƏR - FOTOÇin uyğur türklərinin nəslini tükədir - DƏHŞƏTLİ İŞGƏNCƏLƏR - FOTO

About ato.az

Check Also

turk-ordusu

Türkiyə ordusu Qətərə gedir – Şahin-20…

Share this on WhatsApp Qətərin ev sahibliyi altında “Şahin-20” hərbi təlimi Türkiyənin də iştirakı ilə …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *