Home / Qarabağ / Putindən Qarabağla bağlı Bakının xeyrinə – Təklif
putin2

Putindən Qarabağla bağlı Bakının xeyrinə – Təklif

Ato.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı eks-səfiri, ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan keçmiş həmsədri Metyu Brayza Modern.azsaytına açıqlamasında deyib.

Onun fikrincə, Vladimir Putin ilk olaraq cəhd etdi ki, ATƏT-in Minsk Qrupunun digər həmsədrləri olmadan təşəbbüsü ələ alsın.

“Lakin sonradan digər həmsədrlər – Amerika və Fransa – bu səylərə inteqrasiya olundular. Azərbaycanın aprel döyüşlərində hərbi əməliyyatlarla öz ərazilərini geri qaytarması bir çox beynəlxalq müşahidəçini təəccübləndirdi. Və onu göstərdi ki, Azərbaycan ordusu həqiqətən də lazımi islahatları uğurla həyata keçirib”.

Onun sözlərinə görə, Putin Azərbaycanın əleyhinə olmayan konstruktiv təkliflər vermişdi, lakin Ermənistan bunu qəbul etməkdən boyun qaçırdı.

“2016-cı ilin iyul ayında etirazçılar İrəvanda polis binasını tutub, bir neçə nəfəri girov saxladılar. Və bununla Qarabağla bağlı təkliflərə qarşı çıxdıqlarını bəyan etdilər”, – deyə Metyu Brayza söyləyib.

Eks-səfir Azərbaycan və Ermənistanın silah alması fonunda ABŞ Milli Kəşfiyyat İdarəsinin 2018-ci ildə Qarabağda genişmiqyaslı əməliyyatların başlayacağı proqnozuna da münasibətini açıqlayıb.

“Bəli, Azərbaycan və Ermənistan silah alır. Lakin təmas xəttində xarici qüvvələrin təxribatı olmasa, genişmiqyaslı əməliyyatlar başlamaz. Genişmiqyaslı əməliyyatların riski böyükdür. Çünki bu, yüksək siyasi, hərbi xərclər tələb edir. Üstəgəl, genişmiqyaslı əməliyyatların müvəffəqiyyətli olması ehtimalı aşağıdır”, – deyə M.Brayza əlavə edib.

ATO.AZ

About ato.az

Check Also

xocaliya-hucum-1989-cu-ild-ermnistandaki-rus-bazasinda-planlasdirilmisdi219e075d87ff647d2bbc

Xocalıya hücum 1989-cu ildə Ermənistandakı rus bazasında planlaşdırılmışdı

Share this on WhatsAppKeçən əsrin əvvəllərində Zəngəzur qəzasının Ermənistana verilməsindən sonra Dağlıq Qarabağın da ermənilərin …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *