Home / Siyasət / Rus mediasından ilginc: Türkiyə tarixində ilk dəfə…
erdogan_putin

Rus mediasından ilginc: Türkiyə tarixində ilk dəfə…

Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə seçkilərdə növbəti qələbəsindən sonra ilk xarici səfərini Türkiyəyə edən Vladimir Putinin Ankara ziyarəti rus mətbuatının gündəmini zəbt edib.

Ato.az xəbər verir ki, Rusiyanın Dövlət Televiziyası Ankara zirvəsini “Tarixi səfər” kimi təqdim edib. Dövlət Televiziyası “Rossiya 1” tarixi səfəri iki ölkənin ən böyük yaxınlaşması adlandırıb.

Kanalın əməkdaşı Pavel Zarubinin sözlərinə görə, Ərdoğanın təkidi ilə Rusiya Prezidenti Vladimir Putinin avtomobilini atlı dəstələrin müşayiət etməsi möhtəşəm bir qarşılama mərasimi olub. Zarubin həmçinin Türkiyə ilə ABŞ arasındakı anlaşmazlıqlara da diqqət çəkib və S-400 alışının Vaşinqtona verilmiş bir mesaj olduğunu qeyd edib.

“Ağquyu” stansiyası ilə bağlı isə Zarubin “Türkiyənin 50 illik xəyalını gerçəkləşdirdik” ifadələrini səsləndirib.

Rusiyanın Birinci kanalının aparıcısı Kiril Keimyonov Rusiya ilə Türkiyənin yüzillər ərzində Qərbin istəyi ilə düşmən olduğunu bildirib:

“Əvvəl Britaniya, sonra Almaniya və ardından da NATO-nun təisi ABŞ iki ölkənin düşmən olmasını istədi. Ancaq indi, tarixdə ilk dəfə Türkiyə bizim dostumuzdur və bölgədəki əsas tərəfdaşımızdır”.

Moskovskiy Komsomolets” qəzetində Yekaterina Piçuqinanın “Böyüyən sevgimizin qarşısındakı pomidor maneəsi” başlıqlı məqaləsində Putinin Türkiyə səfəri ətraflı şəkildə təhlil edilib və pomidor ticarəti məsələsinə də toxunulub.

Kommersant”da Andrey Kolesnikovun yazısı isə “Türkiyədən zəncirvari reaksiya gözlənilir” başlığı ilə tirajlanıb.

ATO.AZ

 

About ato.az

Check Also

partiya_liderleri

Türkiyədə seçkilərə görə 3 partiya birləşdi

Share this on WhatsApp Türkiyədə növbədənkənar prezident seçkilərinə 64 gün qaldığı bir vaxtda 3 partiya …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *