Home / Kültürümüz / Şah İsmayılla bağlı qaranlıq məqamlar… – “Taclı Bəyim”
tqdimat_(1)

Şah İsmayılla bağlı qaranlıq məqamlar… – “Taclı Bəyim”

Aprelin 8-i saat 15:00-da Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyasında yazıçı Məhbubə Hacıyevanın “Taclı Bəyim” və “9 Sevdalı” romanlarının imza günü keçiriləcək.

Ato.az xəbər verir ki, “Taclı Bəyim” romanı Səfəvilər dövlətinin yarandığı dövrdən və Şah İsmayıl Xətainin ömür-gün yoldaşı Taclı Bəyimin həyatından bəhs edir. Əsər mənbələrə istinadən, o dövrün qaranlıq məqamlarına – Şah İsmayıl və Osmanlı sultanı Yavuz Səlim qarşıdurması, Çaldıran döyüşü və başqa məsələlərə aydınlıq gətirir.

“9 Sevdalı” adlı ikinci kitab isə 2016-cı ilin aprel döyüşlərində Xüsusi Təyinatlı Qüvvələrimizin Qarabağda işğalçı erməni ordusuna qarşı göstərdikləri şücaətdən bəhs edir.

Qeyd edək ki, M.Hacıyeva “Fələklər yandı ahimdən”, “Məhəmməd bəy Kavaler”, “Qızılgül ətri” və “Səadət”dən qopan qorxu” kitablarının müəllifidir.

ATO.AZ

About ato.az

Check Also

kurqan

Bayraq dirəyi üçün qazdılar, qədim kurqan tapıldı – Video

Share this on WhatsApp Cəlilabadda orta əsrlərə aid olduğu güman edilən kurqan aşkar olunub. İnsan …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *