Home / Qazilərimiz / Aprel yaralıları ilə bağlı son məlumat – General açıqladı
natiq-general

Aprel yaralıları ilə bağlı son məlumat – General açıqladı

APA-nın xəbərinə görə, bunu Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev “Azərbaycan ordusu” qəzetinə müsahibəsində deyib.

İdarə rəisinin sözlərinə görə, hətta ağır yaralılardan belə kimsə həyatını itirməyib: “Bu, böyük göstəricidir. Məlum zəfərimizdən sonra aprel döyüşlərinin statistikası aparılıb. Həmin döyüşlərin tibbi göstəricilərini Əfqanıstan və Çeçenistan müharibələrinin tibbi göstəriciləri ilə müqayisə etmişik. Nəticələr müqayisə edilməz dərəcədə yüksəkdir. Mürəkkəb yaraların, müştərək travmaların, ağır travmaların əməliyyatdan sonra sağalma göstəriciləri aprel döyüşlərində çox mükəmməl səviyyədə fərqlənib”.

General qeyd edib ki, mobil səhra hospitalında həm ixtisaslaşdırılmış tibbi yardım, həm də yüksək səviyyəli tibbi yardım göstərilir: “Bizim stasionar hospitalda etdiyimiz qarın boşluğu, döş qəfəsi cərrahiyyə əməliyyatları, neyrocərrahiyyə, göz və lor xəstəliklərinin bütün müayinələri, MRT-dən başqa diaqnostikanın bütün müayinələrini mobil hospitalda etmək mümkündür”.

ATO.AZ

About ato.az

Check Also

tedbir4

Elkapone Qarabağ qazilərinə ev verdi – Foto

Share this on WhatsApp Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun rəhbəri, Avropa Azərbaycanlıları Konqresinin birinci vitse-prezidenti Füzuli …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *