Home / Bilirsinizmi? / Moskvadan Ankaraya TƏLƏB: “Afrini Dəməşqə qaytarın”
lavrov_gif

Moskvadan Ankaraya TƏLƏB: “Afrini Dəməşqə qaytarın”

Afrində vəziyyətin normallaşdırılmasının ən sadə yolu onun Dəməşqin nəzarəti altına qaytarılmasıdır.

Ato.az xəbər verir ki, bu haqda Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Afrina məsələsi aprelin 4-də Ankarada keçirilən Türkiyə-İran-Rusiya üçtərəfli sammitinin gedişatında müzakirə edilib.

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan heç vaxt Afrini işğal etmək istədiklərini bildirməyib”, – o bildirib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində “Zeytun budağı” əməliyyatına başlayıb. Əməliyyatın 58-ci günündə Afrin şəhəri PKK/YPG terrorçularından təmizlənib.

Terane.

About ato.az

Check Also

174466

Hakimiyyət xalqa keçib… – Sərkisyan acıq edib, görüşü tərk etdi

Share this on WhatsAppİrəvanda Ermənistanın baş naziri Serj Sərkisyanla ölkədə etiraz dalğası başladan müxalifətçi deputat …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *