Home / Güney Azərbaycan / Urmu gölünün havadan çəkilmiş görüntüləri rəsmi iddiaların əksini göstərir
gol

Urmu gölünün havadan çəkilmiş görüntüləri rəsmi iddiaların əksini göstərir

 

Azərbaycanlıların uzun illərdir apardığı mücadiləyə rəğmən Urmu gölü qurumaqda davam edir.

Hökumət rəsmilərinin gölün canlandırılması ilə bağlı verdikləri yalan açıqlamalar isə heç də reallığı əks etdirmir. Bunu Novruz bayramı günlərində havadan çəkilmiş şəkillər göstərir. Gölün vəziyyəti yeni şəkillərdə bundan əvvəlki şəkillərdən qətiyyən fərqlənmir, göldə vəziyyət ağır olaraq qalır.

Urmu gölünün şimal və orta hissələrindən (Kəlantəri caddəsi, Göyərçin qala və Qalqaçı kəndləri) çəkilmiş görüntülər bir çox mətbuat orqanında yayılıb.

Bu arada Urmu gölünün quruması və az miqdarda qalan suyun duzlaşması göldə köçəri quşların kəskin azalmasına səbəb olub. Qərbi Azərbaycan Ətraf Mühitin Mühafizəsi İdarəsinin rəsmisi Ümid Yusifinin sözlərinə görə, artıq köçəri quşlar miqrasiya zamanı bu tanış gölə enmək istəmir.
“Urmu gölü vaxtı ilə köçəri quşlar üçün önəmli yaşayış yeri idi. Lakin göldə yaranan böhran əyalətin gölməçələrində köçəri quşların sayına mənfi təsir edib. Statistikaya görə, 2017-ci il dekabrın 31-dən 2018-ci il dekabrın 30-dək Qərbi Azərbaycan Əyalətinin gölməçələrinə təxminən 100 min quş mühaciət edib, bu rəqəm olduqca azdir”- deyə o vurğulayıb.

Qeyd edək ki, dünyanın ikinci şor gölü olan Urmu gölü artıq son nəfəslərini çəkir, onun 96 faizinin quruduğu bildirilir. Bu vəziyyət ətraf bölgələrdə yaşayan bütün canlılar kimi, 15 milyon insanın həyatı üçün böyük təhlükə hesab olunur.

Urmu gölünün havadan çəkilmiş son görüntüləri:

ATO.AZ

About ato.az

Check Also

44025383-c245-445d-bb0b-e7d300fc104f

Azərbaycanlı mədəni fəal Səfiyyə Qarabaglının mərkəzə iclası təxirə salınıb

Share this on WhatsApp Zəncanda azərbaycanlı mədəni fəal Səfiyyə Qarabağinin məhkəmə iclası təxirə salınıb. Səfiyyə …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *