Home / Güney Azərbaycan / Azərbaycanlı millət vəkili: Ərdəbil İranın ögəy əyalətidir
erdebil

Azərbaycanlı millət vəkili: Ərdəbil İranın ögəy əyalətidir

 

Güney Azərbaycanın Ərdəbil şəhərinin İran parlamentindəki millət vəkili dövlətin Ərdəbil əyalətinə qarşı ardı kəsilməyən ayrı-seçkilik siyasətlərini tənqid edərək təmsil etdiyi əyaləti İranın ögəy əyaləti adlandırıb.

Bu barədə Südeyif Bədri aprelin 8-də parlamentdəki çıxışında danışıb.

“Ərdəbil Əyaləti Azərbaycan Respublikası ilə qonşudur, onunla yüzlər kilometr sərhədi var. Lakin ölkə prezidenti Həsən Ruhaninin ötən günlərdə Azərbaycana etdiyi səfərdə İran heyətini heç bir ərdəbilli məsul, iş adamı, hətta vali belə müşayiət etmədi. Bu, inanılmaz dərəcədə təəcüblüdür.”- deyə o söhbətinin bir hissəsində qeyd edib.

Azərbaycanlı millət vəkili İran rejiminin Ərdəbilə olan laqeyd münasibətini bu sözlərlə dilə gətirib: “Dövlətin Ərdəbil Əyalətinə qarşı ardı kəsilməyən ayrı-seçkilik siyasəti səbəb olub ki, gənclər Ərdəbilə “ögəy əyalət” adı versinlər.”

S.Bədri İran Mədəni İrs Təşkilatı və onun Ərdəbil Şöbəsinin təmsil etdiyi əyalətə olan münasibətlərini xüsusi olaraq tənqid edib. “Meşginşəhrdə neçə min illik tarixi olan “Şəhər yeri” baxımsızlıqdan sıradan çıxmaz üzrədir, bu məkan təmami ilə unudulub. Bu vəziyyətin davam etməsi tarixdə bir qara ləkə kimi qalacaq”- deyə o vurğulayıb.

Ərdəbil Mədəni İrs Təşkilatının rəisi Kərim Hacızadə ötən il “Şehər yeri”nin dağılıb məhv olması məsələsini gündəmdən çıxarmaq üçün “Şəhər yeri” və Köhnə qalada müşahidə olunan dağıntıları təbii hadisə adlandırmışdır.

Ərdəbilin millət vəkili sözlərinin davamında bölgənin turizm sahəsinə toxunaraq Novruz bayramı günlərində onminlərlə insanın Azərbaycan Respublikası və Türkiyəyə getməsini yanlış idarəçiliklə əlaqələndirib. O vurğulayıb ki, “səlahiyyətli məsullar belə davam edərsə, əhali yaxın gələcəkdə günlük məişət ehtiyaclarını ödəmək üçün Bakı vəya Van kimi şəhərlərə üz tutmalı olacaq.”

Ərdəbil Əyaləti böyük iqtisadi potensiala malik olduğu halda, bu əyalət ölkənin iqtisadi baxımdan ən zəif əytalətləri sırasındadır. Rejimin ayrı-seçkilik siyasəti nəticəsində uzun illərdir bu əyalətdə sərmayə yatırılmır. Bölgədə yeganə böyük sənaye müəssisəsi sayılan Ərdəbil dəmir əritmə zavodu isə özəl şirkət kimi fəaliyyət göstərir. Hətta bu müəssisə son vaxtlar maliyyə problemlərindən dolayı fəaliyyətini dayandırıb.

ATO.AZ

About ato.az

Check Also

mehemmed_bethai

İranda ikinci xarici dil bu olacaq – Təhsil naziri

Share this on WhatsApp Rus dili İran məktəblərində ikinci xarici dil kimi tədris olunacaq. Ato.az xəbər …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *