Home / Bilirsinizmi? / “Azərbaycanın dini lideri ilə 8-9 dəfə görüşmüşük…” – Qarabağdakı separatçı baş keşiş
174481

“Azərbaycanın dini lideri ilə 8-9 dəfə görüşmüşük…” – Qarabağdakı separatçı baş keşiş

Bako Saakyan Kəlbəcərdə Pasxa bayramında iştirak edən İtaliya jurnalistlərini quzu kababına dəvət edib…
İtaliyanın  “La Stampa” qəzetinin müxbiri qanunsuz olaraq Azərbaycanın dövlət sərhədini keçərək işğal altındakı torpaqlarımızda qondarılmış separatçı-terrorçu rejimin Kəlbəcərdə təşkil etdiyi Pasxa bayramında iştirak edib.
Ato.az xəbər verir ki, sərhəd pozucuları olan jurnalistlər Zar kəndi yaxınlığındakı Xudavənk monastırında separatçı rejimin dini rəhbəri Parqev Martirosyan və oyuncaq lider Bako Saakyanla görüşüb. Baş keşiş Pargev Martirosyan bildirib:”Azərbaycanın dini lideri ilə(şeyxülislam Allahşükür Paşazadə) əlaqələrimiz var, biz səkkiz və ya doqquz dəfə görüşmüşük. Biz sülh və danışıqlara dəstək verməyə hazırıq. Ancaq müstəqilliklə bağlı güzəştlər ola bilməz…“
Məbədə toplaşan yüzlərlə adam arasında çadırını qurmuş separatçı lider Bako Saakyan italyanları quzu kababına dəvət edib. “İndi İtaliya ATƏT-ə sədrlik edir, ilk növbədə biz bu ölkənin hakimiyyət orqanlarından gəlməsini gözləyirik. Ancaq bura heç kim gəlmir, danışıqların məqsədi isə problemlə birbaşa tanışlıqdır “, – deyə terrorçu rejim rəhbəri bildirib.
P.S. Yəqin ki, İtaliyanın Azərbaycandakı səfirliyinin “La stampa” müxbirinin bu “möhtəşəm”səfəri barədə məlumatı var…
Terane.

About ato.az

Check Also

4-54

Ermənistan üçün kritik saat açıqlandı – Kremlin adamı danışıqlara başlayır: SON ÜÇ TƏLƏB

Share this on WhatsAppSerj Sarkisyanın baş nazir seçilməsinə qarşı keçirilən etiraz aksiyalarının lideri, Vətəndaş müqaviləsi” …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *