Home / Bilirsinizmi? / Türkmənlərə xaricdə işləmək qadağan olundu
1491994859_trudovaya-migraciya

Türkmənlərə xaricdə işləmək qadağan olundu

Türkmənistanda bir sıra dövlət qurumlarının işçilərindən xaricə işləməyə getməyəcəkləri barədə yazılı iltizam alırlar.

Ato.az-ın Türkmənistan KİV-ə istinadən məlumatına görə, hökumət belə bir addımı ölkədən iş qüvvəsinin xaricə axının qarşısını almaq üçün atıb.

Xaricdə təhsil alan tələbələrdən də orada qalıb işləməyəcəkləri barədə yazılı zəmanət alınır.

Qeyd edilir ki, Türkmənistanda son aylar iş yerlərinin kütləvi ixtisarı və büdcədən maliyyələşən qurumların işçilərinin məcburi ödənişsiz məzuniyyətə göndərilməsi fonunda iş üçün xaricə üz tutanların sayı kəskin artıb.

Terane.

About ato.az

Check Also

4-54

Ermənistan üçün kritik saat açıqlandı – Kremlin adamı danışıqlara başlayır: SON ÜÇ TƏLƏB

Share this on WhatsAppSerj Sarkisyanın baş nazir seçilməsinə qarşı keçirilən etiraz aksiyalarının lideri, Vətəndaş müqaviləsi” …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *