Home / Bilirsinizmi? / Deputat Şamaxı və Qobustanda onlarla görüşdü – Foto
qenire_(1)

Deputat Şamaxı və Qobustanda onlarla görüşdü – Foto


Millət vəkili Qənirə Paşayeva və “Aprel 2016” Şəhid ailələrinə dəstək İB Şamaxıda Aprel döyüşlərinin şəhidləri – Samir Kaçayev, Nazim Zəkarayev və Elşən Səmədovun, Qobustanın Bədəlli kəndində isə Orxan Müstəcəbovun ailəsini ziyarət edib.

Ato.az xəbər verir ki, millət vəkili görüşdə şəhid ailələrinin Azərbaycan üçün çox qiymətli olduğunu bildirib.

“Aprel zəfəri ölkəmiz üçün önəm daşıyır və düşmənə böyük zərbədir. Belə qəhrəman oğulları böyüdən ata-anaların qarşısında baş əyirik. Böyüyən gənclərimiz qəhrəman şəhidlərimizi daha yaxından tanımalıdır. Bu istiqamətdə yeni yaradılmış “Aprel 2016” Şəhid ailələrinə dəstək İB təşkilatının da şəhid ailələrimizlə bağlı məsələlərdə hər zaman fəal olacaqlarına inanırıq. Biz hamımız, o cümlədən şəhid ailələrimiz Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əminik. Hər zaman sizin yanınızdayıq, bütün Azərbaycan üçün siz çox dəyərlisiniz”, – millət vəkili qeyd edib.

Q.Paşayeva və “Aprel-2016” Şəhid ailələrinə dəstək İctimai Birliyinin həmtəsisçiləri Sevinc Alızadə və Aida Eyvazlı Aprel şəhidlərimizin ailələri ilə geniş söhbətlər ediblər, qayğıları ilə maraqlanıblar.

ATO.AZ

About ato.az

Check Also

4-54

Ermənistan üçün kritik saat açıqlandı – Kremlin adamı danışıqlara başlayır: SON ÜÇ TƏLƏB

Share this on WhatsAppSerj Sarkisyanın baş nazir seçilməsinə qarşı keçirilən etiraz aksiyalarının lideri, Vətəndaş müqaviləsi” …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *