Home / Bilirsinizmi? / İslamdan Əvvəlki Adət Ənənələri Şəriətə Girib Mi?( Şəxsi araşdırma)
kocatepe-mosque-ankara

İslamdan Əvvəlki Adət Ənənələri Şəriətə Girib Mi?( Şəxsi araşdırma)

Düşünürəm ki, İslamdan öncə ərəblərin həyat tərzinə, adətlərinə aid olan bəzi hərəkətlər, rituallar leqallaşdırılaraq İslama keçib.

Məsələn:

1. çoxarvadlılıq –

bunu ərəb coğrafiyası, ərəb yaşayış tərzindən kənarda düşünmək çox çətindir. O vaxtı bədəvi ərəblərin həyat tərzi bu olub, bunu qadağan eləmək çox çətin olardı, və belə yaşamaq da çox asan idi, İkinci arvad almaq istəyirsən, palatkanı biraz böyüd, gətir ikinci arvadı. Buna iqlim də imkan verir, qadının cəmiyyətdəki rolu da. Yemək içmək onsuz da xurma, buğda və başqa 1-2 şeydən ibarətdir. Amma bunu çox uzaqa getməyək, qafqaz xalqlarında eləmək çox çətindir. Palatkada yaşaya bilməzsən, türk xalqlarında üstəlik qadının rolu da başqa olub. Dədə Qorqud dastanın oxuyanlar bilir. Gəl indi burda iki arvad saxla görüm.

(hələ burda başqa problem çıxır – təsəvvür elə 12-ci əsrdəsən, Sibirdə yaşayırsan, 4 arvadın var, gündə biri ilə cinsi əlaqədə olmaq istəsən hər gün gərək qüsul alasan, al görüm 20 dərəcə şaxtada necə aırsan. )

2. Təqvim, namazın vaxtları

Ərəbistanda günlər və aylar ayın hərəkətinə görə, namaz vaxtları günəşin hərəkətinə görə tənzimlənir. Bu ərəbistan coğrafiyasında asan məsələdir. çünki ilin 360 günü havada bulud olmur. Günəşi də görürsən, ayı da işivü də ona görə qurursan. Amma texnolgiya olmayana kimi bunu məsələn Skandinaviyada eləmək mümkün idi mi?? il ərzində buludsuz günlərin sayı uzaq başı 30-40 olar, o da yay aylarında. Qışda Osloda günəş səhər 9 da çıxır, günortadan sonra saat 4 radələrində batır. Bu arada 5 dəfə namaz qıl, hələ üstəlik 5 dəfə dəstəmaz da al.

3. Hədislərdə və Quranda

Bəlkə də var. Mən rast gəlməmişəm. Hədislərdə və Quranda keçən bitki adları, təbiət hadisələri və sair ərəb coğrafiyasına aiddir. Siz heç eşitmisiz ki, məsələn yer kökü (morkov) faydalı xüsusiyyətləri haqqında bir şey olsun. Mən başa düşürəm İslam coğrafiya, biologiya deyil. Amma olanlar ancaq xurma, zirə-çörək otu, dəvə əti, buğda, üzüm, palma və sair məsələlər haqqındadır. Quranda bir çox yerdə yağış, külək, od, atəş var, amma heç bir yerdə qar və buz adlı söz keçmir. Cəhənnəmdə odla əzab təsvir olunur, eyni uğurla buz və soyuqla da yaxşı əzab vermək olardı. ƏRəbə desən ki, cəhənnəmdə soyuqdur ora getmək istəyəcək)))

4. Həcc mərasimi

Həcc mərasimi İslamdan qabaq da olub özü də məhz eyni ayda, eyni vaxtda (səhv etmirəmsə zilhiccə), axı bu Məkkə şəhərinin əsas gəlir mənbəyi olub. İbrahimdən qalması məsələsi biraz əfsanəyə oxşayır. Hələ həccin əksər ayinlərinin ümumiyyətlə İslamın prinsiplərinə zidd olduğu bunların adət olduğuna əsas verir – daşı öpmək, hər hansi maddi obyektin başına fırlanmaq, şeytana simvolizə edən daşlara daş atmaq. (bəs heykəl qadağan idi, bu daşlar da heykəlin bir primitiv formasıdır da)

ATO.AZ

About ato.az

Check Also

4-54

Ermənistan üçün kritik saat açıqlandı – Kremlin adamı danışıqlara başlayır: SON ÜÇ TƏLƏB

Share this on WhatsAppSerj Sarkisyanın baş nazir seçilməsinə qarşı keçirilən etiraz aksiyalarının lideri, Vətəndaş müqaviləsi” …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *