Home / Bilirsinizmi? / Mircəfər Bağırov
300px-Bagirov_MD

Mircəfər Bağırov

Mircəfər Bağırov (tam adı: Bağırov Mircəfər Abbas oğlu; d. 17 sentyabr1896QubaBakı quberniyasıRusiya İmperiyası – ö. 26 may 1956BakıAzərbaycan SSR) — Azərbaycan Kommunist Partiyası MK-nın I katibi (1933 – 12 iyul 1953); Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri (oktyabr 1932 – dekabr 1933; aprel-iyul 1953); general-polkovnik.

Həyatı

Mircəfər Bağırov 1896-cı il sentyabrın 17-də Bakı quberniyasının Quba şəhərində zəhmətkeş ailəsində anadan olmuşdur.

Ailəsi

Atası Mirabbas, anası Yaxşı xanımdır. Mircəfər ailələrində ən kiçik uşaq olub. Böyük bacısı Seyid Məsumə 1883-cü anadan olmuşdur.

Mircəfər Bağırovun 2 övladı olub. O, Həştərxanda işləyərkən Mariya adlı bir zadəgan qızıyla ailə qurur və bu nikahdan 1919-cu ildə Cahangir (Vladimir) adlı oğulları dünyaya gəlir. 1926-cı ildə Mariya vəfat edir. Məsumə və digər bacısının təkidi ilə Mircəfər Bağırov 4 ildən sonra İçərişəhərdə yaşayan Yevgeniya Mixaylovna ilə ailə qurur. Bu nigahdan 1932-ci il avqustun 9-da ikinci oğlu Cen dünyaya gəlir. Böyük oğlu Cahangir aviasiya məktəbində oxuyub. İkinci dünya müharibəsibaşlayanda təyyarəçi olub. Müharibədə iştirak edib və 1 il sonra yaralı halda tərxis olunub. Cahangir müharibəyə yararsız olmasına baxmayaraq, yenidən müharibəyə gedib. 1943-cü ilin iyun ayında qeyri-bərabər döyüşdə 7-8 alman təyyarəsini vurub, sonda yanacağı qurtardığı üçün tarana gedib və təyyarəsini alman təyyarəsinə çırpıb. Cahangirə vəfatından sonra Lenin ordeni ilə təltif edilib. Onun cənazəsi Həzi Aslanovun köməkliyi ilə Bakıyagətirilərək Yasamal qəbiristanlığında dəfn edilib. Hazırda Cahangirin qəbri anası Mariya xanımın qəbrinin yanındadır.

Cen isə Bakıda 10-cu sinfə qədər 6 saylı məktəbdə təhsil alıb. Tiflisdə hərbi məktəbdə, 1951-ci ildə Moskvada Jukov adına Aviasiya Akademiyasında oxuyub. 1953-cü ildə Mircəfər Bağırovu işdən azad ediblər və o zaman Cenə Akademiyadan çıxmaq, başqa instituta getmək təklif olunub. Cen də Kənd Təsərrüfatı İnstitutunu seçib. Cen professor, elmlər doktoru olub. 1994-cü il mayın 24-də Moskvada vəfat edib. Cen 1971-ci ildə Moskvada ailə həyatı qurub. 1978-ci il 26 apreldə bir oğlu olub, adını Mircəfər qoyub. Həmin Mircəfər də 2005-ci ildə Hindistanda məzuniyyətdə olarkən avtomobil qəzası nəticəsində həlak olub.

Təhsili, əmək fəaliyyətinə başlaması

İlk təhsilini mollaxanada almışdır. 1907-ci ildə Quba şəhərindəki ibtidai məktəbə daxil olmuşdur. Məktəbi müvəffəqiyyətlə bitirən Mircəfər təhsilini Quba Ali ibtidai məktəbində davam etdirir. 1913-cü ildə məktəbi bitirib, Quba ziyalılarının topladığı pulla Petrovski (Mahaçqala) şəhərinə gedərək Petrovsk 2 illik pedaqoji kursuna (rus dili müəllimliyi) daxil olmuşdur. 1915-ci ildə kursu bitirən M.Bağırov əmək fəaliyyətinə gənc müəllim kimi Xudat stansiyasındakı kənd məktəbində başlamışdır. 19151917-ci illərdə M.Bağırov Nəcəfkənd, Quba şəhər məktəblərində müəllimlik etmiş və məktəbə uşaqların cəlb olunması, böyüklər üçün axşam kursunun açılması və savadsızlığın ləğvi sahəsində xeyli iş görmüşdür.

İnqilabçı Mircəfər

Makharadze, Mir-Jafar Bagirov, Beria.jpg

Mircəfər müəllimliklə yanaşı zəhmətkeşlər arasında fəal maarifçilik və çarizm əleyhinə gizli inqilabi təbliğat işi aparırdı. Kəndlilərə və onların övladlarına savad öyrətməklə, azərbaycanlı qızları məktəbə cəlb etməklə yanaşı, kəndlilərə yoxsulluqlarının və hüquqsuzluqlarının səbəbini izah edir, onları zülmkarlara və istismarçılara qarşı mübarizə aparmağa çağırırdı.

1917-ci il Fevral inqilabı dövründə M.Bağırov açıq və gərgin inqilabi fəaliyyətə başlamış, Qubada əsgər və kəndli deputatları sovetinin yaradılması, fəhlə və kəndli ittifaqının möhkəmlənməsi, xan və bəy torpaqlarının yoxsul kəndlilər tərəfindən zəbt olunması uğrunda mübarizə aparmışdır.

M.Bağırovun və başqa inqilabçıların rəhbərliyi altında əksəriyyəti yoxsul kəndlilərdən və əsgərlərdən ibarət olan İnqilabi Şura Qubada hakimiyyəti ələ alır, döyüş drujinası yaradır və mülkədar mülklərini ələ keçirir. Qubada İnqilab Komitəsinin hakimiyyəti elan edilir və Quba qəza İcraiyyə Komitəsi yaradılır. M.Bağırov İcraiyyə Komitəsinin sədr müavini seçilir.

1918-ci ilin mart-may aylarında M.Bağırovun və başqa inqilabçıların Quba qəzasında fəhlə, kəndli və əsgər sovetləri yaratmaq, milli qırğının qarşısını almaq uğrunda apardıqları mübarizəyə baxmayaraq fəaliyyətləri uğursuz olur. M.Bağırov gizli fəaliyyətə keçir. Sonra isə gizli yolla Bakıya gəlir. O, ilk gündən döyüş drujinasının tərkibinə daxil olur və Bakının müdafiəsində iştirak edir. Bakıda sovet hakimiyyəti 1918-ci ildə yıxılır. M.Bağırov bu zaman Petrovun dəstəsinin qalıqları ilə birlikdə Həştərxana gedir.

Bağırov 1919-cu ilin mart ayında Moskvada keçirilən I Kommunist Beynəlmiləl Konqresində iştirak etmiş və məşvərətçi səs hüququna sahib olan Azərbaycan kommunistlərini təmsil etmişdir.

Həştərxandakı fəaliyyəti

19181920-ci illərdə M.Bağırov Həştərxanda dəmir polkun partiya kollektivinin katibi, Birinci müsəlman polkunun hərbi komissarı, XI Ordunun Hərbi İnqilab Şurasının mühüm tapşırıqlarını yerinə yetirən işçi, xüsusi təyinatlı dəstənin hərbi komissarı, Qafqazda sovet hakimiyyəti qurulması üzrə Qafqaz bürosunun əməkdaşı, Qafqaz korpusu hərbi inqilabi şurasının müvəkkili vəzifələrində çalışmışdır. Onun başçılıq etdiyi dəstə Həştərxanda əksinqilabi mart qiyamının yatırılmasında, Ural, Voronej, Volqaqrad ətrafında ağ qvardiyaçılara qarşı döyüşlərdə, Cənubi Dağıstanın və Quba qəzasının əksinqilabi qüvvələrinin təmizlənməsində vuruşmuş, özünü bacarıqlı bir komandir və zəhmətkeşlərin azadlığı uğrunda mübariz bir əsgər kimi göstərmişdir. M.Bağırov göstərdiyi igidlik və mərdliyə görə 1920-ci ilin əvvəllərində RSFSR MİK tərəfindən Qırmızı bayraq ordeni ilə mükafatlandırılmışdır.

Dağlıq Qarabağdakı fəaliyyəti.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra M.Bağırov Azərbaycan Müvəqqəti İnqilab Komitəsi tərəfindən Dağlıq Qarabağa göndərilir. O, Dağlıq Qarabağ vilayət inqilab komitəsi sədrinin müavini və XI ordunun Hərbi inqilabi şurasının müvəkkili kimi fəaliyyət göstərmiş və burada Azərbaycan ordusu hissələrinin tərkibində, Qarabağ qiyamının yatırılmasında, erməni-daşnak və əksinqilabi qüvvələrin darmadağın olunmasında xeyli əmək sərf etmişdir.

 ATO Tarix Odası

About ato.az

Check Also

-5300

İnsan 5300 il əvvəl nə yeyirdi? – Alimlərdən MARAQLI TƏDQİQAT

Share this on WhatsAppİtaliyanın “Eurac Research” tədqiqat mərkəzindən olan alimlər qrupu 5300 yaşlı Esi adlı …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *