Home / Güney Azərbaycan / “Traxtur”-“Sepidrud” görüşündə milli şüarlar səsləndirilib_Video
Traxtur_Azərbaycan

“Traxtur”-“Sepidrud” görüşündə milli şüarlar səsləndirilib_Video

 

Aprelin 13-ü yerli vaxtla saat 16:00-da Təbrizin “Traxtur” futbol komandası Rəştdə “Sepidrud”un qonağı olub.

“Sərdar-i cəngəl” stadionunda keçirilən görüşdə çox sayda soydaşımız tamaşaçı qismində stadiona gedib. Əksəriyyəti Rəştdə yaşayan türklərdən ibarət “Traxtur” tərəfdarları oyun zamanı çoxlu milli şüarlar səsləndirib, “Traxtur”u təşviq edən plakatlar qaldırıblar.

“Traxtur” tərəfdarları “Yaşasın Azərbaycan”, “Sən çağırsan gələrəm mən, Sən yaşa Azərbaycan,…” və s. kimi şüarlar səsləndirərək dəfələrlə stadionu lərzəyə gətiriblər.

Super liqa yarışlarının 28-ci həftəsində keçirilən oyun 1:0 hesabı ilə yerli komandanın xeyirinə sona çatıb. “Sepidrud”a qələbə qazandıran qol oyunun 25-ci dəqiqəsində Məhəmməd Qulami tərəfindən vurulub.

ATO.AZ

About ato.az

Check Also

cagdas

Yasaqlanmış radiomuzun yeni buraxılışı – Video

Share this on WhatsApp Güney azərbaycanlı ədəbiyyatsevərlərin ərsəyə gətirdiyi “Çağdaş tribunu” proqramı növbəti buraxılışı ilə …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *