Home / Bilirsinizmi? / İranın erməni sevgisi – ARAŞDIRMA
_20180416_212334

İranın erməni sevgisi – ARAŞDIRMA

Qeyri-rəsmi məlumatlara görə, 70 milyondan arıq əhalisi olan İranda 30 milyon azərbaycanlı, 8 milyon kürd, 5 milyon bəluç, 1,2 milyon ərəb və 100 min erməni yaşayır.
İranın Konstitusiyasına nəzər saldıqda görərik ki, ölkədə yaşayan bütün etniklər eyni hüquqa malikdirlər. Konstitusiyanın 15-ci və 19-cu maddələrinə əsasən, ölkədə yaşayan bütün etniklər öz ana dilində təhsil almalı, vətəndaş hüquqlarına malik olmalıdırlar.
Buna baxmayaraq İranda yaşayan qeyri-fars xalqlar arasında yalnız ermənilərin ana dilində məktəbləri mövcuddur.
İranda ermənilər uşaq bağçasından universitetədək öz ana dillərində təhsil alır. Məktəblərdə erməni ədəbiyyatı, tarixi tədris olunur. Universitetdə isə erməni dili fakültəsində təhsillərini davam etdirə bilirlər. Yeri gəlmişkən, Ato.az saytının İran KİV-ləri əsasında apardığı araşdırma nəticəsində məlum olub ki, hazırda 3 minə yaxın iranlı tələbə də İrəvanda təhsil alır.
Paytaxt Tehranda sırf ermənilər üçün 23 məktəb var. Eyni zamanda ermənilərin milli və dini bayramlarını qeyd etmək hüququ rəsmi şəkildə tanınır.
Erməni Qriqoryan kilsəsinin İran üzrə Atropaten, Tehran və İsfahan yeparxiyaları fəaliyyət göstərir. Ümumilikdə, bu yeparxiyaların tərkibinə 40 kilsə daxildir. Bundan əlavə, Qriqoryan kilsəsinin İran üzrə yeparxiyaları Cənubi Azərbaycandakı kilsələrin təmirini də öz üzərinə götürüb.
İranın ən böyük idman komplekslərindən olan «Ararat» da ermənilərə məxsusdur. Tehranda bundan əlavə ermənilərə məxsus 30 assosiasiya, təşkilat və digər ictimai birliklər də fəaliyyət göstərir.
Tehranın “Hafiz” küçəsi yaxınlığında ermənilərə məxsus restoran fəaliyyət göstərir. Burada həmişə xarici ölkələrin diplomatik nümayəndələri, səfirlər şam edirlər. Buraa şam yeməyi üşüm gəlməyə ona görə üstünlük verirlər ki, restoranda spirtli içkilərin qəbuluna icazə verilir.
Maraqlıdır ki, İran kimi teokratik, qatı mühafizəkar dövlətdə spirtli içkilərin satışı qadağan olunmasına baxmayaraq, erməni icması üçün bu yasaq istisna təşkil edir.
Bir maraqlı məqam da ondan ibarətdir ki, Tehranda alkoqollu içkilərin açıq satışda olduğu yeganə yer “Erməni klubu” adlı kiçik restorandır.
Birinci Dünya Müharibəsi sonrası fəaliyyətə başlayan bu restoran 10 milyonluq şəhərdə spirtli içki içmək üçün yeganə ünvandır . Restorana müsəlmanların girişi qadağandır. Bura gələn əsas qonaqlar İrandakı xarici diplomatlar, əcnəbi turistlərdir.
İranda erməni icması üçün mətbuat sahəsində də böyük sərbəstlik yaradılıb. Qeyd etmək yerinə düşər ki, İran parlamentində 2 deputat mandatı erməni icması üçün ayrılıb. Bu hüquq ölkə Konstitusiyasında ayrıca bəndlə göstərilib. Hazırda erməni icmasından Karen Xanlaryan və Robert Beqlaryan İran parlamentinin üzvləridir.
Qanunverici orqanda onların əsas fəaliyyəti qondarma “erməni soyqırımı”nı gündəmə gətirmək və Ermənistan-İran münasibətlərinin inkişafına dəstək olmaqdır.
Hər il aprelin 24-də İranda qondarma “erməni soyqırımı” ilə bağlı izdihamlı aksiyalar keçirilir. Bu aksiyalar əsasən Tehran və İsfahan rəhbərliyinin rəsmi icazəsiylə təşkil olunur.
Xüsusi diqqət çəkən məqam isə İran prezidenti tərəfindən gerçəkləşdirilib. Belə ki, yanvar ayında Yeni il münasibəti ilə Həsən Ruhani ermənilərə məxsus “Avetisyan” xəstəxanasına 1 milyard tümən bağışlayıb.
Qeyd edək ki, ermənilər İranın əsasən Tehran, İsfahan, Şahinşəhr, Kermanşəhr, Təbriz, Urmiya və digər şəhərlərində məskunlaşıblar.
Ermənilərə məxsusu bu sərbəstliyin yüzdə biri İarnda çoxluq təşkil edən azərbaycanlılara verilmir.
Digər millətlətin nümayəndələri isə azərbaycanlılarla müqayisədə müəyyən imtiyazlara malikdirlər.

Rafiq Qənbərov

ATO.AZ

About ato.az

Check Also

kobra

Kobraların nəfəskəsən savaşı – Video

Share this on WhatsApp Yutub sosial şəbəkəsində iki kobranın döyüşməsi ilə bağlı videogörüntülər yayılıb. Axar.az xəbər …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *