Home / Gündəm / Türkiyə və Azərbaycanın regional gücə çevrilmələrinin səbəbi…
aze_turki

Türkiyə və Azərbaycanın regional gücə çevrilmələrinin səbəbi…

Son 15 il ərzində Azərbaycan-Türkiyə münasibətləri sürətlə inkişaf edib. Bu inkişaf özünü təkcə hökumətlərarası əlaqələrdə yox, eyni zamanda, bələdiyyə səviyyəsində əməkdaşlıqda da göstərir.

Ato.az xəbər verir ki, bunu Azərtac-a açıqlamasında Türkiyənin İzmit Bələdiyyəsinin sədr müavini Guray Oruc deyib. O bildirib ki, Türkiyənin fərqli vilayət və şəhərlərində olduğu kimi, Kocaeli və İzmitdə də qardaş Azərbaycanla əlaqələrin inkişafına dair mühüm layihələr reallaşdırılır. Guray Orucun sözlərinə görə, bu gün Türkiyədəki bələdiyyələr sosial sektorda və xalq diplomatiyası ilə bağlı işlərdə mühüm rol oynayırlar. Belə ki, İzmit Bələdiyyəsi dünyanın 20 ölkəsində sosial layihələr həyata keçirir. Buraya məscidlərin, xəstəxana və məktəb binalarının təmir və tikintisi daxildir.

Türkiyəli qonaq əlavə edib ki, təmsil etdiyi bələdiyyə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti ilə 2 il əvvəl imzalanmış qardaşlıq protokolu əsasında birgə layihələr üzərində işləyir. Ortaq tədbirlər nəticəsində İzmit şəhərində ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin adına parklar salınıb, Xocalı şəhidlərinin xatirəsinə abidə ucaldılıb, bu günlərdə Bakıda Nəsimi rayonu ərazisində İzmit parkı açılıb.

Guray Oruc qeyd edib ki, İzmit Bələdiyyəsi onun idarəçiliyində olan bölgədə təhsil alan azərbaycanlı tələbələrə təqaüdlər ayırır. Bununla yanaşı, azərbaycanlı iş adamlarının fəaliyyət göstərmələri üçün İzmit bələdiyyəsi onları dəvət edir. Həmçinin bələdiyyəmiz Azərbaycanda uşaq xəstəxanalarının açılmasına dəstək verməyə hazırdır.

Bələdiyyə sədrinin müavini vurğulayıb ki, Azərbaycan və Türkiyə regiondakı liderliklərini davam etdirəcək. Türkiyə və Azərbaycanın regional gücə çevrilmələrinin səbəbi hər iki ölkənin güclü liderlərə malik olmasıdır.

ATO.AZ

About ato.az

Check Also

erdogan

Türkiyə PKK-nın “beynini” məhv etdi – Ərdoğandan şok açıqlama

Share this on WhatsApp PKK-nın Qəndildəki toplantı məkanlarını məhv etmişik. Ato.az xəbər verir ki, bunu “Kanal …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *