Home / ATO Tarix Odası / Bayan xaqan (Avar hökmdarı)
ato

Bayan xaqan (Avar hökmdarı)

Bayan Xaqan – avar hökmdarı (568-601

Bayan Xaqan 565-ci ildə slavyan tayfalarını ağır məğlubiyyətə uğradaraq Mərkəzi Karpatı ələ keçirmiş, Bizansı xərac vermək məçburiyyətində qoymuşdu. Lanqobardlarla ittifaq bağlayaraq hepidləri özünə tabe etmişdi. O. 568-ci ildə lanqobardların Cənubi İtaliyaya köçməsindən sonra indiki Macarıstan ərazisini tamamilə hakimiyyəti altına almışdı. Daha sonra qərbdə Frank kralı Ziqberti məğlubiyyətə uğratmış, cənubda isə Bizansın Singidunum və Sirmium kimi strateji əhəmiyyətli sərhəd qalalarını tutmuşdu (582). Bayan xaqanın hakimiyyəti dövründə xaqanlığın sərhədlərini Don çayından Qalliyaya, şimali slavyanların torpaqlarından İtaliyaya qədər genişlənmişdir.

Mənbə:

  • Azərbaycan Milli Ensiklopediyası, III cild. Bakı,2011, səh. 302.

ATO Tarix Odası

About ato.az

Check Also

mete_han

Mətə xan (Oğuz xaqan)

Share this on WhatsAppBöyük Hun imperatorluğunun xaqanı Mətə (Oğuz) xan m.ə. III əsrin ortalarında anadan …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *