Home / Diaspora / Bakı bu sammitdə ilk beşlikdədir – Foto
davos

Bakı bu sammitdə ilk beşlikdədir – Foto

Azərbaycan Avstraliyanın Sidney şəhərində dünya qadınlarının “Davos”u kimi tanınan Ümumdünya qadın sammitində ən fəal təmsil olunan 5 ölkədən biri elan edilib.

Ato.Az xəbər verir ki, Azərbaycan nümayəndə heyəti üzvləri sammitin işində fəal iştirak etməklə bərabər, bir sıra önəmli təkliflərlə çıxış ediblər. Millət vəkili Q.Paşayeva ölkəmizin müxtəlif sahələrdə əldə etdiyi uğurlar, qadınların cəmiyyətdə rolu barədə geniş məlumatlar verib.

Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının idarə heyətinin sədri Səkinə Babayeva, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin rəhbəri Arzu Bağırova, İşgüzar qadınlar cəmiyyətinin sədri Sürəyya İsmayılova Azərbaycanda qadınların iqtisadi sahədə rolunun genişləndirilməsi istiqamətində həyata keçirilən layihələrdən danışıblar.

Görüşlər zamanı qadınların dövlətin və cəmiyyətin idarə olunmasında, iqtisadiyyatda və biznesdə rolunun artırılmasının Azərbaycan dövlətinin siyasətində önəmli yer tutduğu vurğulanıb.

ATO.AZ

About ato.az

Check Also

368px-Azerbaijani_Legion_emblem.svg

Azərbaycanlı Latviyada parlament üzvlüyünə namizəddir

Share this on WhatsApp Əslən Gürcüstanın Borçalı rayonundan olan 1989-cu il təvəllüdlü Asif İbrahimov Latviya Seyminə növbəti …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *