Home / Bilirsinizmi? / İran mediasından sensasiya: Səudiyyə vəliəhdi öldürülüb?
salman-shahzade

İran mediasından sensasiya: Səudiyyə vəliəhdi öldürülüb?

İran mediası Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın çevrilişə cəhd günü öldürüldüyü iddiasını yayıb.

Ato.az xəbər verir ki, bu barədə məlumatı İranın “Keyhan” qəzeti yayıb. Ərəb kəşfiyyat xidmətinə istinadən yayılan məlumatda şahzadənin saraya hücum zamanı öldürülmə ehtimalının olduğu bildirilib.

“Keyhan” bu şübhənin vəliəhdin 27 gündür heç bir yerdə görünməməsi, tədbirlərə qatılmaması ilə artıdığını vurğulayıb.

Ancaq bir neçə gün öncə vəlihədin paytaxt Ər-Riyadda təşkil olunan konfransa qatıldığı barədə məlumat yayılmışdı. Hətta 14 mayda olduğu iddia edilən görüşdə vəliəhdin Qəzza qətliamına baxmayaraq, ürəkdən güldüyünü əks etdirən fotosu tənqid edilmişdi.

Qeyd edək ki, aprelin 22-də Ər-Riyadda Kral Sarayı yaxınlığında atışma və qiyama cəhd olduğu barədə xəbər yayılsa da, daha sonra sarayın ərazisində dron uçurdulduğu və onun məhv edilməsi üçün silahlardan istifadə edildiyi bildirilmişdi.

ATO.AZ

About ato.az

Check Also

ruhlar

Ölümlə bağlı amerikalı alimdən şok – Açıqlama

Share this on WhatsApp Beyinin korteks adı verilən, şüur və 5 hissiyat duyğusu ilə əldə …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *