Home / Qarabağ / Ermənilərin Qarabağda acınacaqlı həyatı…- Videoreportaj
ermeni

Ermənilərin Qarabağda acınacaqlı həyatı…- Videoreportaj

Ukraynanın “112 Ukrayna” telekanalı Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə yerləşdirilən ermənilərin acınacaqlı həyatından süjet hazırlayıb.

Publika.az xəbər verir ki, “Yollarsız, işsiz və perspektivlərsiz: bu gün tanınmamış DQR necə yaşayır” adlanan süjetdə Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğu və beynəlxalq hüquqda da belə tanındığı qeyd olunur.

Sakinlərin başqa ölkələrə getmək imkanı yoxdur. Onlar Azərbaycan pasportuna malik deyillər, buna görə də beynəlxalq proqramlara giriş məhdudlaşdırılıb.

“Hökumət nümayəndəsi” Araik Xaratunyan şikayətlənir ki, “heç bir ölkə bizə məhəl qoymur və əlaqə yaratmırlar”.

Şuşada hələ də 1994-cü ildə baş verən müharibənin izləri qalır: bütün evlərdə mərmi izləri var, yollar dağılıb.

Qarabağda yaşamaq və ticarət etmək mümkünsüzdür. Erməni diasporunun maliyyəsi ilə azyaşlı uşaqlar üçün kompüter mərkəzi açılıb.

Süjetdə Qarabağdakı erməni futbolçuların da çətin vəziyyətdə olduğu deyilir.

Stadion dağılmış vəziyyətdədir, infrastruktur yoxdur, idmançılar köhnə avtomobillərdə gəlirlər.

Futbolçu Arsen Sərkisyan deyir ki, “bütün futbolçuların başqa qazanc yerləri var, çünki maaşlar çox aşağıdır, hər kəs sağ qalmaq istəyir.

Süjetdə bildirilir ki, aeroport təmir olunmasına baxmayaraq, boşdur. Çünki Azərbaycan öz torpağı olan Qarabağa uçuşlara imkan vermir.

“Qarabağda cəmi 150 min erməni yaşayır, onların da çoxu Xankəndindədir”, – deyə süjetdə qeyd olunur.

ATO.AZ

About ato.az

Check Also

xocali_1992

Bəyi öldürüb, gəlini apardılar – “Tank”

Share this on WhatsApp Ato.az yazıçı Hüseyn Əfəndinin “Tank” hekayəsini təqdim edir. Dul qadın kimiydi kənd …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *