Home / Ordumuz / Azərbaycan silahları beynəlxalq sərgidə…
silah-sergi-10052017

Azərbaycan silahları beynəlxalq sərgidə…

Nazirlikdən  bildiriblər ki, iyunun 11-dən öz işinə başlayan sərgidə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan 270 adda hərbi təyinatlı məmulat nümayiş etdirilir.

Dünyanın inkişaf etmiş ölkələrinin qabaqcıl şirkətlərinin qatıldığı “EUROSATORY” sərgisində ilk dəfə təmsil olunan Müdafiə Sənayesi Nazirliyinin nümayiş etdirdiyi məmulatlar, xüsusilə ilk dəfə beynəlxalq sərgiyə çıxarılan – 14,5 millimetrlik “NST” snayper tüfəngi, 81 millimetrlik minaatan, 12,7 millimetrlik silahla təchiz olunmuş məsafədən idarə olunan döyüş modulu, 81 millimetrlik atəş yığımı və “Tufan” minaya davamlı milli zirehli nəqliyyat vasitəsi, “Gürzə” patrul maşını, ”İstiqlal”, “Vaşaq” və “Yalquzaq” snayper tüfəngləri böyük maraqla qarşılanır.

Sərgi çərçivəsində nazir Yavər Camalovun başçılıq etdiyi nümayəndə heyəti tədbirə qatılan ölkələrdən – Türkiyənin “Havelsan” və “Çukurova”, İsrailin “Aeronautics”, Fransanın “Rokcell”, Almaniyanın ”Diehl” və Serbiyanın “Yugoimport” şirkətlərinin stendlərini ziyarət edib, nümayiş etdirilən yeni növ məmulatlarla yaxından tanış olub. Sərgiyə qatılan qabaqcıl şirkətlərin nümayəndələri ilə görüşlər təşkil olunub, yeni növ müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı üçün mövcud əməkdaşlıqların inkişaf etdirilməsi və yeni əməkdaşlıqların qurulması istiqamətində danışıqlar aparılıb. Eyni zamanda, Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan hərbi təyinatlı məmulatların ixracına dair danışıqlar aparılıb.

Görüşlərdə nazir Yavər Camalov Beynəlxalq Sərgilər Bürosu tərəfindən 2025-ci ildə keçiriləcək “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi etməsi üçün Bakının irəli sürülmüş namizədliyinin dəstəklənməsi ilə bağlı müzakirələri davam etdirir.

Sərgi çərçivəsində cari il sentyabrın 25-dən 27-dək Azərbaycanda keçiriləcək “ADEX-2018“ üçüncü beynəlxalq müdafiə sərgisi ilə bağlı nazirliyin nümayəndə heyəti tərəfindən geniş məlumat verilir və dəvətlər çatdırılır.

“EUROSATORY-2018” beynəlxalq müdafiə və təhlükəsizlik sərgisi iyunun 15-də başa çatacaq.

 ATO.AZ

About ato.az

Check Also

W1siZiIsIjIwMTgvMDYvMTUvMTEvMzkvMjgvZjA1ZDE2NDYtNmVkNC00YjYxLWEwNTMtOGM2Y2M2ZjVmMjZjL2JiLmpwZyJdLFsicCIsImVuY29kZSIsImpwZyIsIi1xdWFsaXR5IDgwIl0sWyJwIiwidGh1bWIiLCI2MjB4NDY1XHUwMDNlIl1d

Elçin Quliyev hərbçilərlə 2 km uzunluqda olan bayrağı daşıdı – FOTO + VİDEO

Share this on WhatsApp Azərbaycan sərhədçiləri 15 İyun – Milli Qurtuluş Gününün 25-ci ildönümünü qeyd …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *