Home / Qarabağ / Qarabağ bizim deyil, işğal etmişik – İrəvanda etiraf
ermeni-tadevosyan

Qarabağ bizim deyil, işğal etmişik – İrəvanda etiraf

Erməni Milli Konqresi Partiyasının üzvü Zoya Tadevosyan İrəvanda keçirilən mətbuat konfransında Azərbaycanın işğal edilmiş ərazilərinin qaytarılmasının vacibliyindən danışıb.

Publika.az xəbər verir ki, fikirləri ilə erməni ictimaiyyətində qalmaqala səbəb olan Tadevosyan “bu auditoriyada oturanların hamısı yaxşı anlayır ki, bu ərazilər işğal edilib” deyə bildirib.

“Qarabağ müharibəsi zamanı ələ keçirilən bu əraziləri biz azad edilmiş ərazilər adlandırırıq, lakin bu ərazilərin tutulduğunu hamımız bilirik”, – deyə o bildirib.

Jurnalistlərdən biri “bu bəyanat ərazilərin işğal edildiyi deməkdir” sualına erməni siyasətçi sualla cavab verib: “Bu torpaqlar ermənilərindir?”

Daha sonra erməni siyasətçi ərazilərin Azərbaycana qaytarılmasının vacibliyini qeyd edib.

“Kimsə məndən inciməsin, bu məsələləri mən həll etmirəm. Bu məsələ danışıqlar masasında müzakirə olunur. Əgər münaqişənin həlli ərazilərin qaytarılmasını tələb edirsə, bunu etməliyik. Erməni tərəfi bu əraziləri azad edilmiş hesab edir, lakin beynəlxalq ictimaiyyət bu əraziləri işğal edilmiş adlandırır”, – deyə o bildirib.

Jurnalistlərdən biri isə ona “siz “Qarabağ xalqı”nın fikrini soruşmusunuz” sualına Tadevosyan belə cavab verib: “Mən heç kimdən heç nə soruşmuram, mən faktı təsdiq edirəm”.

Qeyd edək ki, Tadevosyanın üzvü olduğu Erməni Milli Konqresi Partiyasının lideri, keçmiş prezident Levon Ter-Petrosyan da münaqişənin Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılmasından sonra nizamlanacağı ilə bağlı fikirlərini zaman-zaman gündəmə gətirib.

ATO.AZ

About ato.az

Check Also

1536072540418488450_1000x669

Fransız portalı Qarabağdan yazdı

Share this on WhatsAppFransanın AgoraVOX portalında “Azərbaycanda 1 milyon qaçqın” adlı məqalə dərc olunub. Ato.az xəbər …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *