Home / Acun ( Dünya ) / “Koçaryan və Sarqsyan siyasi meyitdir” – Paşinyan
pasinyan_237847576

“Koçaryan və Sarqsyan siyasi meyitdir” – Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, sabiq prezidentlər Robert Koçaryan və Serj Sarqsyan siyasi meyitdir.

Ato.az report-a istinadən bildirir ki, bunu o, Nor-Nork rayonunda seçiciləri ilə görüşündə deyib.

“Ermənistanda Robert Koçaryan adında siyasi amil yoxdur. Həm Serj Sarqsyan, həm də Robert Koçaryan və onların ətrafı siyasi meyitdirlər. Lakin bu, siyasi meyitlərin qanun qarşısında məsuliyyət daşımamaları anlamına gəlmir. Və bu, özlüyündə hər şeyi deyir”, – o əlavə edib.

Ermənistan hökumətinin rəhbəri Koçaryanın bu yaxınlarda onun barəsində dediyi “Paşinyan mənimlə mübarizə apardığına görə peşman olacaq” sözlərini şərh edib.

“Cənab Koçaryan bununla siyasi prosesləri qavramaq səviyyəsini nümayiş etdirir. Bu, onlar üçün küçə davası deyil ki, döyülən tərəf gedərkən, “sən peşman olacaqsan!” desin”, – deyə Paşinyan bildirib.

Terane.

About ato.az

Check Also

mariya_zaxarova_240316

Zaxarovadan ermənilərə şok cavab: Təbrik niyə yoxdur?

Share this on WhatsApp Prezident Vladimir Putinin Ermənistanda keçirilən seçkidə qələbə qazanan Nikol Paşinyanı hələ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *