Home / Bilirsinizmi? / Köçəryandan Paşinyana Qarabağ xəbərdarlığı
koceryan_siyasete_qayidir

Köçəryandan Paşinyana Qarabağ xəbərdarlığı

Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini bilmir.

Ato.az  xəbər verir ki, bunu “Kommersant” qəzetinə müsahibəsində Ermənistanın keçmiş prezidenti Robert Köçəryan deyib.

Onun sözlərinə görə, baş nazir Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı, bir çox siyasi məsələləri bilmir:
“Paşinyan hansı mövqedə dayanacağından məlumatsızdır. Uzun zaman Qarabağla bağlı gedən danışıqlarda iştirak etmişəm. Dəqiq bilirəm ki, müzakirə müharibədən daha yaxşıdır. Məsələ poza verməkdə, yaxud populist şüarlar səsləndirməkdə deyil, əsas problem məsuliyyətin dərk edilməsindədir. Lakin o bunu dərk etmir.
İstənilən diqqətsizlik baha başa gələ bilər. Amma populizmlə prinsipial müzakirələrə getmək mümkünsüzdür”.

Terane.

About ato.az

Check Also

whatsapp_image_2018-10-14_at_11.52.56

Həbibdən SƏRT SÖZLƏR: “Şərtimi qəbul etməsələr…”

Share this on WhatsAppRusiyanı təmsil edən UFC çempionu Həbib Nurməhəmmədov ilk dəfə olaraq Rusiyanın 1-ci …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *