Home / Güney Azərbaycan / İranın 50 şəhərində müəllimlərin aksiyası başladı – Foto
muellim3

İranın 50 şəhərində müəllimlərin aksiyası başladı – Foto

İranda ibtidai və orta məktəb müəllimləri kütləvi tətilə başlayıblar.

ATO.AZ xəbər verir ki, müəllimlər ölkədə baş alıb gedən bahalığa, inflyasiyaya, maaşlarının azlığına və həmkarlarına qarşı təzyiqlərə son qoyulması tələbi ilə dərs deməkdən imtina ediblər. İran Müəllimlərinin Peşə Təşkilatları Koordinasiya Şurasının bir həftə əvvəl etdiyi çağırışına əsasən keçirilən tətillərə paytaxt Tehrandan başqa ölkənin 50-dən çox şəhərində müəllimlər qoşulub.

Müəllimlər üzərində “Müəllimin yeri zindan deyil”, “Ana dilində təhsil haqqı tanınmalıdır”, “Təhsildə ədalət müəllimlərin haqqıdır”, “Hamıya pulsuz və keyfiyyətli təhsil” və digər şüarlar yazılmış yazılı vərəqələr qaldıraraq, əqidəsinə görə həbs edilmiş həmkarlarının azadlığa buraxılmasını tələb ediblər.

 TürkünÖzü

About ato.az

Check Also

son-dakika-iran-in-ahvaz-kentinde-teror-11257611_9177_o

İranda hərbi parad zamanı terror – VİDEO

Share this on WhatsApp Dünən səhər saatlarında İranın cənubunda keçirilən hərbi parad zamanı terror hadisəsi …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *