Home / Türk Dünyası / Nazarbayev: Ermənistanın vaxtı çatıbdır.
nazarbayev

Nazarbayev: Ermənistanın vaxtı çatıbdır.

Ötən gün Astanada baş tutan KTMT dövlət başçılarının zirvə görüşündə olduqca mühüm qərarların qəbul etməsi beynəlxalq müşahidəçilərin diqqətindən yayınmayıb.

Ato.Az xəbər verir ki, KTMT-nin ilk qərarı Ermənistanın baş katiblik yerinin vaxtından əvvəl əlindən alınması ilə bağlıdır. Belə ki, rotasiyaya görə, 2020-ci ilə qədər baş katib vəzifəsi Ermənistanın nümayəndəsi olmalı idi. Ancaq Xaçaturovla bağlı qaldırılan cinayət işi və onun geri çağırılması nəticədə İrəvan bu hüquqdan vaxtından əvvəl məhrum edildi.

Qazaxıstan lideri Nursultan Nazarbayev KTMT liderlərinin görüşü haqda mediaya açıqlamasında da bu məqama xüsusi işarə vurdu. O bildirdi ki, Ermənistan (yəni Paşinyan – itö.) baş katiblik səlahiyyətinin 2020-ci ildə başa çatacağını əsas gətirərək, növbəti namizədini irəli sürüb.

Yada salaq ki, Ermənistanın baş nazir əvəzi N.Paşinyan Xaçaturovun geri çağırılmasından sonra onun yerinə Vaqarşak Arutyunyanın təsdiqlənməsini istəyirdi.

Ancaq Ermənistanın bu təklifi rədd edildi.

Nazarbayev bunu ötən gün media açıqlamasında çox incə şəkildə ifadə etdi: “Ermənistan vaxtın uzadılmasını istədi. Ancaq bütün dövlət başçıları dedilər ki, cəmi bir il qalır (Ermənistanın KTMT-dəki baş katib yerinin başa çatması nəzərdə tutulur – red.), yeni nümayəndə hətta bu il ərzində ölkələri gəzib-görə bilməyəcək, ona görə də normal fəaliyyət göstərəcək baş katib Belarus (rus əlifbası ilə “Armeniya”dan sonra gələn ölkə – red) tərəfdən olmalıdır”.

Beləliklə, aydın olur ki, KTMT-yə daxil olan ölkələrin liderləri Paşinyanın təklifini yekdil olaraq rədd ediblər və Belarus tərəfinin namizədi, Bakıda təhsil alan general Stanislav Zası müdafiə ediblər. Baş katiblə bağlı son qərar isə 6 dekabrda Sankt-Peterburq görüşündə veriləcək.

Dövlət başçılarının iclasında ən çox diqqəti çəkən məqam isə KTMT yanında müşahidəçi və tərəfdaş dövlətlərin statuslarının təsdiqi ilə bağlı qərardır. Nazarbayev marağı olan ölkələri tərəfdaşlığa və müşahidəçi olmağa çağırdı. Bu isə müşahidəçilər tərəfindən Bakıya çağırış kimi qəbul edilir.

Belə ki, Azərbaycanın KTMT-yə ehtimal olunan üzvlüyünə qarşı Ermənistan etiraz edəcəyini və veto qoyacağını bəyan edirdi. KTMT üzvü olan dövlət başçıları isə ilk addımda Ermənistan nümayəndəsini vaxtından əvvəl baş katiblik vəzifəsindən kənarlaşdırdı, daha sonra isə Belarusun namizədi, Azərbaycanda hərbi təhsil alan general Zasın KTMT baş katibi vəzifəsinə təsdiqlənməsinə yaşıl işıq yandırdı.

Müşahidəçilərin fikrinə görə, Azərbaycanın strateji tərəfdaşı olan Belarusun məhz Bakıda hərbi təhsil alan bir generalı KTMT baş katibliyinə irəli sürməsi təsadüfü deyil. Eyni zamanda, məhz Astana sammitində, Qazaxıstanın ev sahibliyi etdiyi iclasda KTMT yanında tərəfdaş və müşahidəçi dövlətlərin statusu haqda qərarın qəbulu və türk dünyasının ağsaqqalı sayılan Nursultan Nazarbayevin “maraqlı ölkələrə çağırışı” da xüsusi olaraq düşünülüb. Belə ki, müşahidəçi və tərəfdaş ölkələrlə bağlı KTMT nizamnaməsində dəyişiklik Bakıya yaradılan şəraitdir. Məhz Bakıya görə də Ermənistanın baş katiblik səhaliyyətinə vaxtından əvvəl xitam verilib.

Beləliklə, Azərbaycan Ermənistanın tamhüquqlu üzv olduğu bir hərbi qurumda da siyasi uğurlarını davam etdirir.

İsmayil TürkünÖzü

About ato.az

Check Also

avto

Türkiyə Azərbaycana avtomobil ixrac edə bilər

Share this on WhatsApp Türkiyə Azərbaycan, həmçinin Turan ölkələri (Türkmənistan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan) bazarlarına …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *