Home / Türk Dünyası / Atatürkün ölümündən 80 il keçdi
ataturk

Atatürkün ölümündən 80 il keçdi

Türkiyə Cümhuriyyətinin yaradıcısı Mustafa Kamal Atatürkün vəfatından 80 il ötür.

Ato.Az xəbər verir ki, Atatürkün vəfat günüylə əlaqədar olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Böyük Millət Məclisinin sədri Binəli Yıldırım, nazirlər, müxalifət liderləri və ictimaiyyət nümayəndələri Türkiyənin məşhur liderinin dəfn olunduğu məqbərəni – Anıtqəbiri ziyarət ediblər.

Qeyd edək ki, məşhur lider və sərkərdə Mustafa Kamal Atatürk 1881-ci ilə Salonikidə doğulub. Türkiyə Qurtuluş savaşına liderlik edən Atatürk 1923-cü ildə Türkiyə Cümhuriyyətini qurmağı bacarıb. O, 15 il ərzində Türkiyəyə rəhbərlik edib. Onun hakimiyyəti dönəmində Türkiyədə genişmiqyaslı siyasi, iqtisadi, mədəni və ictimai islahatlar aparılıb. Atatürk Türkiyədə latın qrafikli əlifbaya keçidi reallaşdırıb, qadınlara qarşı diskriminasiyanı, kəndlilərə ağır vergini ləğv edib, ibtidai təhsilin pulsuz və icbari olması qərarını verib.

İsmayıl TürkünÖzü

About ato.az

Check Also

m5

Burda bir türk məzarı var..kimliyi bilinməsdə

Share this on WhatsAppBakı Dövlət Universitetinin müəllimi Qismət Yunusoğlu Azərbaycanda şəxsiyyəti bəlli olmayan türk şəhid …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *