Home / Güney Azərbaycan / Əlirza Əsədi: “Traxtur”un Alyaskada da tərəfdarı var
aztiraxtur

Əlirza Əsədi: “Traxtur”un Alyaskada da tərəfdarı var

Təbrizin “Traxtur” futbol klubunun icraçı direktoru klubun gələcəyi ilə bağlı ümidverici açıqlama ilə çıxış edib.
Əlirza Əsədi klubun ümumi vəziyyəti ilə bağlı jurnalistlərlə danışığında açıqlama verib.
“Traxtur” klubu ad və nişanlardan daha böyükdür. Futbolçular bu komandanın köynəyini geyməklə fəxr etməlidir.
Komanda düzgün istiqamətdə irəlləyir və super liqa yarışlarında çempion olmağı planlaşdırır. Qarşıya qoyulan məqsədə çatmaq üçün komanda tərəfdarları səbirli olmalı və lazımi dəstəyi verməlidilər”- deyə o bildirib.
Klubun icraçı direktoru, Tarəmi və Qoçannəjadın komandaya transferi ilə bağlı yayılan xəbəri nə təsdiq, nə də ki təkzib edib. O bildirib ki, mövsümün birinci yarısından sonra təxminən 80 gün tətil nəzərdə tutulub. Bu müddətdə həm indiki oyunçularla komandanı gücləndirmək olar, həm də ki, komandaya yeni oyunçular cəlb etmək mümkündür. Bütün hallarda tam təsdiq edilməyənədək transfer ediləcək heç bir oyunçunun adı açıqlanmayacaq.
“Traxtur” harada oynayıbsa, orada özünə tərəfdar taplayıb. Hətta dostlardan biri mənə bildirdi ki, siz Alyaskada da oynasanız, tərəfdarınız olacaq. “Traxtur” super liqanın çempionu olmağa layiqdir. Ümid edirəm ki, biz buna çatıb və komandanın tərəfdarlarını sevindirəcəyik”- deyə Əlirza Əsədi əlavə edib.
Rejimin dolayı yolla təzyiqləri altında fəaliyyət göstərən Güney Azərbaycanın “Traxtur” komandası son həftələrdə super liqa yarışlarında yaxşı nəticə əldə edib. Məşhur komanda hazırda 26 xalla turnir cədvəlinin 3-cü yerindədir və gələcək yarışlarda yeni uğurlara imza atacağı gözlənilir.
Ato.Az

About ato.az

Check Also

ankara-guney

Ankarada Güney Azərbaycan şöləni – Foto

Share this on WhatsApp Ankara Hacı Bayram Vəli Universitetində Quzey və Güney Azərbaycandan, Avropa ölkələrindən …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *